BB, BA, AC və AB kateqoriyaları üzrə sınaq imtahanları, real vaxt sayğacı, anlıq nəticə analizi — real imtahan mühitini əvvəlcədən yaşayın.
Dövlət qulluğuna qəbulun test mərhələsi 2025-ci ilin yanvar ayından etibarən kompüter daşıyıcısı vasitəsilə həyata keçirilir. Platformamız real imtahan mühitini əks etdirən müasir sistem əsasında hazırlanmışdır.
Həm Qanunvericilik üzrə geniş test bankı, həm də 4 fənn üzrə DİM formatına uyğun sınaq imtahanları təqdim olunur.
İstifadəçilər real imtahan atmosferini əvvəlcədən yaşayaraq vaxtın idarə olunması, sualların cavablandırılması və ümumi imtahan təcrübəsini praktiki şəkildə mənimsəyirlər.
Test bazasının daim aktual saxlanılması platformamızın mühüm üstünlüyüdür. Qanunvericiliyə edilən hər bir dəyişiklik qısa müddət ərzində sistemə inteqrasiya olunur.
Kağız formatlı vəsaitlərdən fərqli olaraq platformamızda köhnəlmiş məlumatlarla qarşılaşmırsınız.
Test bankı və sınaqlarda qarşılaşdığınız hər hansı sualı qrupda paylaşaraq, digər iştirakçılar və müəllimlərlə birlikdə müzakirə edə bilərsiniz.
Test kitabçasını özünüzlə gəzdirməyə ehtiyac yoxdur.
Platformamız vasitəsilə testləri telefon, planşet və ya kompüter üzərindən istənilən vaxt, istənilən yerdə rahatlıqla həll edə bilərsiniz. Bütün cihazlarda eyni rahat və sürətli istifadə təcrübəsi təqdim olunur.
Sualınızı bizimlə bölüşün, cavab verərik.